https://news.day.az/azerinews/1843789.html Tək yaşayan qadınların pensiyaya daha tez çıxması MÜMKÜNDÜRMÜ? - VİDEO Pensiya ilə bağlı yeniliklər hər zaman diqqət mərkəzindədir. Day.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramovun fikrincə, tək yaşayan qadınlara pensiya sahəsində əlavə güzəştlərin tətbiqi məqsədəuyğun ola bilər.

Tək yaşayan qadınların pensiyaya daha tez çıxması MÜMKÜNDÜRMÜ? - VİDEO

Azərbaycanca, 24 июня 2026 16:03 (UTC +04:00) 354
Tək yaşayan qadınların pensiyaya daha tez çıxması

Pensiya ilə bağlı yeniliklər hər zaman diqqət mərkəzindədir.

Day.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramovun fikrincə, tək yaşayan qadınlara pensiya sahəsində əlavə güzəştlərin tətbiqi məqsədəuyğun ola bilər.

Onun sözlərinə görə, belə bir yanaşma həmin kateqoriyadan olan insanların sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edər.

Qeyd olunur ki, Azərbaycanda qadınlar üçün pensiya yaşının artırılması prosesi davam edir və yaxın həftədən etibarən bu yaş həddi 6 ay yüksəldilərək 65-ə çatdırılacaq.

Ekspertlərin və millət vəkilinin səsləndirdiyi bu təkliflər fonunda məsələ yenidən ictimai müzakirəyə çıxarılıb.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости