https://news.day.az/azerinews/1843839.html Yevlax–Bərdə dəmir yolu xəttində yenidənqurma işləri davam edir Yevlax-Bərdə dəmir yolu xəttində yenidənqurma işləri davam etdirilir. Bu barədə "Azərbaycan Dəmir Yolları"nın (ADY) Mətbuat Xidmətindən bildirilib. Məlumata əsasən, uzunluğu 30 kilometr olan xətt üzrə may ayında başlanılan söküntü işləri artıq tamamlanıb.

Yevlax–Bərdə dəmir yolu xəttində yenidənqurma işləri davam edir

Azərbaycanca, 24 июня 2026 18:33 (UTC +04:00) 324
Yevlax–Bərdə dəmir yolu xəttində yenidənqurma işləri davam edir

Yevlax-Bərdə dəmir yolu xəttində yenidənqurma işləri davam etdirilir.

Bu barədə "Azərbaycan Dəmir Yolları"nın (ADY) Mətbuat Xidmətindən bildirilib.

Məlumata əsasən, uzunluğu 30 kilometr olan xətt üzrə may ayında başlanılan söküntü işləri artıq tamamlanıb.

 

Layihə çərçivəsində ümumilikdə 174 ədəd mühəndis qurğusunun tikintisi planlaşdırılır. Bunlara 4 körpü, 12 avtomobil keçidi, 98 suötürücü boru və 60 ehtiyat keçidi daxildir.

Hazırda yol yatağının tikintisi davam etdirilir.

Bu xətdə 1967-ci ildən bəri əsaslı təmir aparılmadığından qatarların hərəkət sürəti 10-60 km/saat arasında dəyişirdi. Yenidənqurma işləri başa çatdıqdan sonra hərəkət sürəti artacaq, daha sürətli, dayanıqlı və fasiləsiz dəmir yolu əlaqəsi təmin olunacaq. Bununla da Yevlaxdan Xankəndiyə qədər müasir dəmir yolu infrastrukturu formalaşacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости