https://news.day.az/azerinews/1844617.html
"Fənərbağça" argentinalı üçün hərəkətə keçdi
"Fənərbağça" İngiltərədən hücumçu gətirməyi planlaşdırır. Day.Az Trend-ə istinadən bildirir ki, İstanbul təmsilçisi "Vest Hem"in forvardı Tati Kastelyanosla maraqlanır. Hazırda tərəflər arasında danışıqlar gedir. "Fənərbağça" argentinalı futbolçunu heyətinə qatmaqda israrlıdır. 27 yaşlı forvard özü də Çempionşipdə oynamaq istəmir.
"Fənərbağça" argentinalı üçün hərəkətə keçdi
"Fənərbağça" İngiltərədən hücumçu gətirməyi planlaşdırır.
Day.Az Trend-ə istinadən bildirir ki, İstanbul təmsilçisi "Vest Hem"in forvardı Tati Kastelyanosla maraqlanır.
Hazırda tərəflər arasında danışıqlar gedir. "Fənərbağça" argentinalı futbolçunu heyətinə qatmaqda israrlıdır. 27 yaşlı forvard özü də Çempionşipdə oynamaq istəmir. Belə ki, "Vest Hem" son mövsümdəki nəticələrə əsasən, İngiltərə Premyer Liqasını tərk edib və yeni mövsümdən Çempionşipdə mübarizə aparacaq.
Kastelyanosun "Vest Hem"lə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. O, karyerası ərzində "Universidad de Çile", "Nyu York Siti", "Jirona", "Latsio" klublarında oynayıb.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре