https://news.day.az/azerinews/1845360.html Türkiyə ilə ədliyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib - FOTO Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürlek ilə görüşüb. Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Türkiyə ilə ədliyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib - FOTO

Azərbaycanca, 1 июля 2026 18:36 (UTC +04:00) 258
Türkiyə ilə ədliyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürlek ilə görüşüb.

Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qonağı salamlayan nazir Fərid Əhmədov Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, ölkələrimiz arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında ədliyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Son illər nazirliklər arasında həyata keçirilən qarşılıqlı səfərlərin, imzalanmış sənədlərin və birgə fəaliyyət mexanizmlərinin əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyi bildirilib.

 

Hüquqi yardım, penitensiar və probasiya sistemləri, rəqəmsal həllərin tətbiqi, təcrübə mübadiləsi və kadr hazırlığı istiqamətlərində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən birgə layihələrin və çoxtərəfli əməkdaşlıq mexanizmlərinin hüquq sahəsində inteqrasiyanın gücləndirilməsinə töhfə verdiyi qeyd olunub.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

  • Türkiyə ilə ədliyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
  • Türkiyə ilə ədliyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
  • Türkiyə ilə ədliyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
  • Türkiyə ilə ədliyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости