https://news.day.az/azerinews/1845586.html Dünyanın ən təhlükəsiz şəhərləri AÇIQLANIB "Numbeo"nun yenilənmiş Safety Index göstəricisinə əsasən, dünyanın ən təhlükəsiz şəhərləri əsasən Birləşmiş Ərəb Əmirliklərində yerləşir. Day.Az xəbər verir ki, reytinq cinayətkarlıq səviyyəsi, terror riski, korrupsiya və ümumi sosial sabitlik kimi meyarlara görə tərtib edilib.

Dünyanın ən təhlükəsiz şəhərləri AÇIQLANIB

Azərbaycanca, 3 июля 2026 05:52 (UTC +04:00) 329
Dünyanın ən təhlükəsiz şəhərləri

"Numbeo"nun yenilənmiş Safety Index göstəricisinə əsasən, dünyanın ən təhlükəsiz şəhərləri əsasən Birləşmiş Ərəb Əmirliklərində yerləşir.

Day.Az xəbər verir ki, reytinq cinayətkarlıq səviyyəsi, terror riski, korrupsiya və ümumi sosial sabitlik kimi meyarlara görə tərtib edilib.

Siyahıya Əcman, Əbu-Dabi, Ras əl-Xeymə və Şarca başçılıq edir. İlk beşlikdə həmçinin Qətərin paytaxtı Doha yer alır, ardınca isə Dubay, Taybey, Maskat və Haaqa kimi şəhərlər gəlir. Ekspertlərin fikrincə, bu şəhərlərdə yüksək təhlükəsizlik səviyyəsi hüquq-mühafizə orqanlarının effektivliyi və ümumi sosial sabitliklə bağlıdır.

Reytinqdə ən aşağı göstəricilər isə əsasən Cənubi Afrika Respublikası və bəzi Latın Amerikası şəhərlərinə aiddir. Bakı 69.9 balla siyahıda 78-ci yerdə qərarlaşıb və Amsterdam, Edinburq kimi şəhərlərin göstəriciləri ilə müqayisə oluna biləcək səviyyədə qiymətləndirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости