https://news.day.az/azerinews/1845800.html Ağdamda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Day.Az Trend-ə istinadən xəbər verir ki, qəza rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Renault Laguna" markalı, 99-UA-251 dövlət qeydiyyat nişanlı minik avtomobili "GAZ" markalı avtomobillə toqquşub.

Ağdamda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb

Azərbaycanca, 3 июля 2026 16:26 (UTC +04:00) 283
Ağdamda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, qəza rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Renault Laguna" markalı, 99-UA-251 dövlət qeydiyyat nişanlı minik avtomobili "GAZ" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb olunan iki təcili tibbi yardım briqadası yaralıları Bərdə Müalicə Diaqnostika Mərkəzinə çatdırıb.

İlkin məlumata görə, yaralılardan üçünün vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости