Stres və mənfi emosiyalar orqanizmə necə təsir edir?

Mütəxəssislərin fikrincə, uzunmüddətli stres və güclü mənfi emosiyalar təkcə psixoloji vəziyyəti deyil, bütün bədənin funksiyalarını da dəyişdirir.

Day.Az xəbər verir ki, stress zamanı aktivləşən hormonal sistem (xüsusilə kortizol və adrenalin) orqanizmi "daimi gərginlik rejimi"ndə saxlayır.

Bu vəziyyət davam etdikdə ürək-damar sistemi daha çox yüklənir, təzyiq yüksələ bilər və ürək ritmində pozuntular yaranır. Eyni zamanda immun sistem zəifləyir, həzm sistemi və yuxu keyfiyyəti də mənfi təsir görür.

Mütəxəssislər bildirirlər ki, stres təkcə xəstəlik riskini artırmır, həm də bədənin bərpa prosesini zəiflədir. Buna görə emosional gərginliyi azaltmaq, hadisələrə daha sakit yanaşmaq və psixoloji balansı qorumaq sağlamlığın vacib hissəsi sayılır.