https://news.day.az/azerinews/1845831.html Hövsanda bu yola svetofor QURAŞDIRILDI - FOTO Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 16 ünvanında yeni svetoforlar quraşdırılaraq istifadəyə verilib.

Hövsanda bu yola svetofor QURAŞDIRILDI - FOTO

Azərbaycanca, 3 июля 2026 17:47 (UTC +04:00) 307
Hövsanda bu yola svetofor

Yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 16 ünvanında yeni svetoforlar quraşdırılaraq istifadəyə verilib.

Day.Az xəbər verir ki, həmin ərazidə nəqliyyat axınının intensivliyi nəzərə alınaraq 3-ü "L" tipli, 1-i isə "A" tipli olmaqla, ümumilikdə 4 svetofor  quraşdırılıb.

Yeni svetoforların istismara verilməsi nəticəsində nəqliyyat vasitələrinin hərəkəti nizamlı şəkildə təşkil olunub.

Bundan əlavə, ərazidə yaşayış binaları və yaxınlıqda orta məktəb, uşaq bağçasının yerləşməsi nəzərə alınaraq piyadaların yolu təhlükəsiz keçməsi üçün də zəruri şərait yaradılıb və svetoforlara piyada bölmələri quraşdırılıb.

  • Hövsanda bu yola svetofor
  • Hövsanda bu yola svetofor
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости