https://news.day.az/azerinews/1845975.html Skaloni Argentina millisi ilə yubiley matçını keçirib Argentina millisinin baş məşqçisi Lionel Skaloni yubiley matçını keçirib. Day.Az bildirir ki, statistikalara əsasən, DÇ-2026-nın 1/16 finalında Kabo-Verde ilə qarşılaşma 48 yaşlı mütəxəssisin yığmanın sükanı arxasında 100-cü oyunu olub. Skaloni 2018-ci ildən Argentina millisini çalışdırır.

Skaloni Argentina millisi ilə yubiley matçını keçirib

Azərbaycanca, 4 июля 2026 14:33 (UTC +04:00) 380
Skaloni Argentina millisi ilə yubiley matçını keçirib

Argentina millisinin baş məşqçisi Lionel Skaloni yubiley matçını keçirib.

Day.Az bildirir ki, statistikalara əsasən, DÇ-2026-nın 1/16 finalında Kabo-Verde ilə qarşılaşma 48 yaşlı mütəxəssisin yığmanın sükanı arxasında 100-cü oyunu olub.

Skaloni 2018-ci ildən Argentina millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 100 oyunun 73-də qələbə qazanıb, 18 heç-heçə edib və 9 dəfə məğlub olub. Top fərqi isə 209:52-dir.

Bu müddətdə Argentina millisi 4 titul əldə edib. Komanda 2021 və 2024-cü illərdə Amerika Kubokunu, Finalissima turnirini və 2022-ci il dünya çempionatını qazanıb.

Skaloninin dövründə yığmanın ən məhsuldar futbolçusu 59 qolla Lionel Messi olub.

Qeyd edək ki, Argentina millisində oyun sayı (127) və qələbə sayı (85) rekordları 1939-1960-cı illərdə komandaya rəhbərlik etmiş Gilyermo Stabileyə məxsusdur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости