https://news.day.az/azerinews/1847010.html Azərbaycan və Rusiya Samur çayının bölüşdürülməsini müzakirə edib - FOTO Azərbaycan və Rusiya arasında Samur transsərhəd çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi, su ehtiyatlarının monitorinqi, Samur Hidroqovşağının birgə istismarı, eləcə də qarşılıqlı əməkdaşlığın digər aktual istiqamətləri müzakirə olunub.

Azərbaycan və Rusiya Samur çayının bölüşdürülməsini müzakirə edib - FOTO

Azərbaycanca, 10 июля 2026 09:45 (UTC +04:00) 244
Azərbaycan və Rusiya Samur çayının bölüşdürülməsini müzakirə edib

Azərbaycan və Rusiya arasında Samur transsərhəd çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi, su ehtiyatlarının monitorinqi, Samur Hidroqovşağının birgə istismarı, eləcə də qarşılıqlı əməkdaşlığın digər aktual istiqamətləri müzakirə olunub.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında "Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında" Sazişə uyğun olaraq yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 29-cu iclası iyulun 9-da Azərbaycan Respublikasının Qusar rayonunda keçirilib.

İclas Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfdən həmsədri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyevin və Rusiya tərəfdən həmsədri, Rusiya Federasiyasının Su Ehtiyatları Federal Agentliyi rəhbərinin müavini Vadim Nikonorovun həmsədrliyi ilə baş tutub.

Görüşdə Regional Su Meliorasiya Xidmətinin, ADSEA-nın aidiyyəti qurumlarının, Xarici İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, həmçinin Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

Görüşün yekununda görüləcək tədbirlər müəyyənləşdirilib və yekun protokol imzalanıb.

  • Azərbaycan və Rusiya Samur çayının bölüşdürülməsini müzakirə edib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости