https://news.day.az/azerinews/1849045.html İspaniya Argentina üzərində qələbə ilə dünya çempionu oldu - VİDEO DÇ-2026-nın 104-cü oyunu olan İspaniya - Argentina final qarşılaşması başladı.

İspaniya Argentina üzərində qələbə ilə dünya çempionu oldu - VİDEO

Azərbaycanca, 20 июля 2026 02:02 (UTC +04:00) 409
İspaniya Argentina üzərində qələbə ilə dünya çempionu oldu

İspaniya futbol millisi DÇ-2026-nın qalibi olub.

Day.Az İdman.Biz-ə isitnadən xəbər verir ki, Luis de la Fuentenin rəhbərlik etdiyi komanda finalda son dünya çempionu Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edib. Bununla da İspaniya tarixində ikinci dəfə dünya çempionu adını qazanıb.

ABŞ-nin Nyu-Cersi ştatının İst-Ruterford şəhərindəki "MetLife" stadionunda keçirilən qarşılaşmanın əsas vaxtında hesab açılmayıb.

Matçın 90+3-cü dəqiqəsində Argentina millisinin yarımmüdafiəçisi Enso Fernandes ikinci sarı vərəqəni alaraq meydandan qovulub. O, Pau Kubarsiyə qarşı qayda pozuntusuna görə komandasını azlıqda qoyub.

İspaniya say üstünlüyündən əlavə vaxtın 106-cı dəqiqəsində yararlanıb. Ferran Torres fərqlənərək görüşdə yeganə qolun müəllifi olub və komandasına dünya çempionluğunu qazandırıb.

Qarşılaşmanı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edib.

İspaniya yarımfinalda Fransaya 2:0, Argentina isə İngiltərəyə 2:1 hesabı ilə qalib gəlmişdi. Argentina DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək dünya çempionu olmuşdu.

01:19

DÇ-2026-nın final oyununda əsas vaxt başa çatdı. Oyunda hesab açılmadı. Qarşılaşmada əlavə vaxt oynanılacaq.

00:10

İspaniya və Argentina milliləri arasında keçirilən DÇ-2026-nın final oyununda ikinci hissə başlayıb.

Day.Az xəbər verir ki, birinci hissədə qapılar toxunulmaz olaraq qalıb - 0:0. 

23:56

İspaniya və Argentina milliləri arasında keçirilən DÇ-2026-nın final oyununda birinci hissə başa çatıb.

Day.Az xəbər verir ki, birinci hissədə qapılar toxunulmaz olaraq qalıb - 0:0. 

23:05

DÇ-2026-nın 104-cü oyunu olan İspaniya - Argentina final qarşılaşması başladı.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости