https://news.day.az/azerinews/1849266.html
Tbilisi küçələri su altında qalıb - VİDEO
Gürcüstanın paytaxtı Tbilisinin bir neçə rayonunda yağan güclü yağışlar ciddi fəsadlar törədib. Day.Az xəbər verir ki, Gürcüstan mediasının məlumatına görə, leysan yağışları nəticəsində Diqomi Massivi və Didi Diqomi yaşayış massivlərində küçələr su altında qalıb, Vazisubani qəsəbəsində isə yaşayış binalarının zirzəmilərini su basıb.
Tbilisi küçələri su altında qalıb - VİDEO
Gürcüstanın paytaxtı Tbilisinin bir neçə rayonunda yağan güclü yağışlar ciddi fəsadlar törədib.
Day.Az xəbər verir ki, Gürcüstan mediasının məlumatına görə, leysan yağışları nəticəsində Diqomi Massivi və Didi Diqomi yaşayış massivlərində küçələr su altında qalıb, Vazisubani qəsəbəsində isə yaşayış binalarının zirzəmilərini su basıb.
Əlverişsiz hava səbəbindən şəhərin müxtəlif hissələrində avtomobillərin hərəkəti çətinləşib.
Gürcüstanın Milli Ətraf Mühitin Mühafizəsi Agentliyinin məlumatına əsasən, iyulun 21-nə keçən gecə Tbilisi və ətraf rayonlarda arabir yağış yağacağı, bəzi ərazilərdə yağıntıların intensiv olacağı proqnozlaşdırılır.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре