İzmir bələdiyyəsində əməliyyat – Sədrlə birlikdə 21 nəfər saxlanılıb
Türkiyənin İzmir şəhərində Baş Prokurorluğun istintaqı çərçivəsində hüquq mühafizə orqanları əməkdaşları Menderes bələdiyyəsində əməliyyat keçirib.
Bu barədə Türkiyə KİV-də məlumat yayılıb.
İstintaq çərçivəsində görülən tədbirlər nəticəsində Menderes bələdiyyəsinin sədri İlkay Çiçək daxil olmaqla 21 nəfər saxlanılıb.
Saxlanılan şəxslər cinayət törətmək məqsədilə təşkilat yaratma, cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olma, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə yolu ilə mənfəət əldə etmə (irtikap), rəsmi sənədlərin saxtalaşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadə və şəhərsalma qaydalarının pozulmasına səbəb olma cinayətlərini törətməkdə şübhəl bilinirlər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре