https://news.day.az/azerinews/1851946.html Tanınmış UFC döyüşçüsü yuxuda olarkən ölüb UFC turnirlərində çıxışları ilə tanınan Braziliyalı MMA döyüşçüsü Allan Nasimento 34 yaşında vəfat edib. Bu barədə UFC-nin rəsmi "Instagram" hesabında məlumat verilib. Bildirilib ki, idmançı səhər saatlarında ölü vəziyyətdə aşkarlanıb.   "Məlumata görə, o, yuxuda olarkən ürək tutması keçirib", - məlumatda qeyd olunub.

Tanınmış UFC döyüşçüsü yuxuda olarkən ölüb

Azərbaycanca, 4 августа 2026 10:42 (UTC +04:00) 140
Tanınmış UFC döyüşçüsü yuxuda olarkən ölüb

UFC turnirlərində çıxışları ilə tanınan Braziliyalı MMA döyüşçüsü Allan Nasimento 34 yaşında vəfat edib.

Bu barədə UFC-nin rəsmi "Instagram" hesabında məlumat verilib.

Bildirilib ki, idmançı səhər saatlarında ölü vəziyyətdə aşkarlanıb.

 

"Məlumata görə, o, yuxuda olarkən ürək tutması keçirib", - məlumatda qeyd olunub.

Hadisə yerinə gələn həkimlər Allan Nasimentoya yardım göstərməyə çalışsalar da, onların səyləri nəticə verməyib və idmançının öldüyü təsdiqlənib.

Yüngül çəki dərəcəsində çıxış edən Nasimentonun MMA karyerasında 22 qələbə və 7 məğlubiyyət qeydə alınıb. O, UFC turnirlərində keçirdiyi 6 döyüşün 4-də qalib gəlib, 2-də isə məğlub olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости