https://news.day.az/azerinews/1851984.html Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) orqanlarında səsvermə hüququndan məhrum edilməsi barədə qərarın qəbul edilməsi konsensus tələb edəcək. Bunu Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Viktor Vasilyev deyib.

Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər

Azərbaycanca, 4 августа 2026 12:19 (UTC +04:00) 138
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) orqanlarında səsvermə hüququndan məhrum edilməsi barədə qərarın qəbul edilməsi konsensus tələb edəcək.

Bunu Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Viktor Vasilyev deyib.

O bildirib ki, noyabrın 11-də Moskvada KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası keçiriləcək. Sessiyada dövlət başçılarının, ehtimal ki, Ermənistanın təşkilatdan çıxarılması məsələsini müzakirə edəcəyi gözlənilir.

 

"Belə bir qərarın qəbul edilməsinə ehtiyac yaranarsa, o, konsensus əsasında veriləcək", - deyə Vasilyev qeyd edib.

Daimi nümayəndə vurğulayıb ki, KTMT Nizamnaməsinin 25-ci maddəsində təşkilat qarşısında borc öhdəliklərinin iki il ərzində ödənilmədiyi halda həmin üzv dövlətin vətəndaşlarının kvota əsasında tutulan vəzifələrə irəli sürülməsi hüququnun, eləcə də təşkilatın orqanlarında səsvermə hüququnun dayandırılması imkanı nəzərdə tutulur.

Onun sözlərinə görə, Ermənistanla bağlı bu vəziyyət faktiki olaraq artıq iki ildən çoxdur ki, mövcuddur. Belə ki, İrəvan öz vətəndaşlarını Katibliyin kvota üzrə vəzifələrinə irəli sürmür, həmçinin nümayəndələrini KTMT-nin Birləşmiş Qərargahından geri çağırıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости