https://news.day.az/azerinews/1852035.html Türkiyə XİN Qara dənizdə gəmilərə edilən hücumlarla bağlı bəyanat yayıb Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Qara dənizdə türkiyəli sahibkarlara məxsus ticarət gəmilərinə pilotsuz uçuş aparatları vasitəsilə edilən hücumlarla bağlı ciddi narahatlıq ifadə edib. Bu barədə qurumun mətbuat xidmətinin məlumatında bildirilib.

Türkiyə XİN Qara dənizdə gəmilərə edilən hücumlarla bağlı bəyanat yayıb

Azərbaycanca, 4 августа 2026 14:28 (UTC +04:00) 144
Türkiyə XİN Qara dənizdə gəmilərə edilən hücumlarla bağlı bəyanat yayıb

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Qara dənizdə türkiyəli sahibkarlara məxsus ticarət gəmilərinə pilotsuz uçuş aparatları vasitəsilə edilən hücumlarla bağlı ciddi narahatlıq ifadə edib.

Bu barədə qurumun mətbuat xidmətinin məlumatında bildirilib.

XİN-in məlumatına görə, "Yaşar" və "Nadejda" adlı gəmilər avqustun 3-də Novorossiysk limanından çıxandan sonra hücuma məruz qalıb.

Hadisə nəticəsində bir neçə heyət üzvü, o cümlədən Türkiyə vətəndaşları yaralanıb.

 

Türkiyə XİN vurğulayıb ki, ölkə vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi prioritet olaraq qalır və yaralananların vəziyyəti daim nəzarətdə saxlanılır.

Ankara həmçinin Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların getdikcə daha çox Qara dəniz akvatoriyasına yayılması və mülki gəmiçiliyə təsir göstərməsi ilə bağlı narahatlığını ifadə edib.

Nazirlik xəbərdarlıq edib ki, preventiv tədbirlər görülmədən gərginliyin daha da artması ciddi nəticələrə, o cümlədən ərzaq təhlükəsizliyi üçün təhdidlərə səbəb ola bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости