Qazaxıstan Xəzər dənizinin monitorinqinə 2,36 milyon dollar vəsait ayırıb
Qazaxıstan Xəzər dənizinin monitorinqi üçün avadanlıqların alınmasına və ixtisaslaşdırılmış laboratoriyaların təchiz edilməsinə dövlət ehtiyatından təxminən 2,36 milyon dollar ayırıb.
Bu barədə Qazaxıstan hökumətinin "UKİMET" adlı rəsmi "Telegram" kanalında məlumat yayılıb.
Vəsait Qazaxıstan Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutuna ayrılacaq.
Avadanlıqlar tədqiqatların birbaşa su hövzəsində aparılmasına, həmçinin hidrobioloji və hidrokimyəvi laboratoriyaların fəaliyyətinin təmin edilməsinə imkan verəcək.
2026-cı ildə Xəzərin Qazaxıstan sektorunda hidrologiya, kimyəvi və bioloji göstəricilər də daxil olmaqla 50 parametr üzrə monitorinq aparılır. 21 stansiyanı əhatə edən iki dəniz ekspedisiyasının keçirilməsi, eləcə də sahilyanı 22 məntəqədə müntəzəm müşahidələrin aparılması planlaşdırılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре