https://news.day.az/azerinews/1853801.html Siqareti buraxanları ilk aylarda hansı dəyişikliklər gözləyir? Ağciyərlərin bərpa müddəti siqaretdən istifadə illərindən və insanın ümumi sağlamlığından asılıdır. Bu proses bir neçə aydan bir neçə ilə qədər davam edə bilər. Milli.Az xəbər verir ki, siqareti dayandırdıqdan bir neçə saat sonra orqanizm toksinlərdən təmizlənməyə başlayır.

Siqareti buraxanları ilk aylarda hansı dəyişikliklər gözləyir?

Azərbaycanca, 14 августа 2026 02:15 (UTC +04:00) 153
Siqareti buraxanları ilk aylarda hansı dəyişikliklər gözləyir?

Ağciyərlərin bərpa müddəti siqaretdən istifadə illərindən və insanın ümumi sağlamlığından asılıdır. Bu proses bir neçə aydan bir neçə ilə qədər davam edə bilər.

Milli.Az xəbər verir ki, siqareti dayandırdıqdan bir neçə saat sonra orqanizm toksinlərdən təmizlənməyə başlayır. Təxminən 12 saat ərzində qandakı dəm qazı azalır, oksigen səviyyəsi isə yüksəlir.

6-9 ay ərzində bronxlardakı kirpikli epitelin fəaliyyəti yaxşılaşır, ağciyərlərin özünü təmizləməsi sürətlənir və infeksiya riski azalır. 1-2 ildən sonra ürək-damar xəstəlikləri riski əhəmiyyətli dərəcədə aşağı düşür. Təxminən 3,5 ildən sonra iltihab və selik ifrazı azalır, tənəffüs yaxşılaşır.

10 ildən sonra ağciyər xərçəngi və xroniki obstruktiv ağciyər xəstəliyi riski ciddi şəkildə azalır. Lakin amfizem zamanı zədələnmiş alveollar kimi bəzi dəyişikliklər tam bərpa olunmaya bilər.

Siqareti nə qədər tez tərgitmək mümkün olsa, sağlamlıq üçün faydası da bir o qədər böyükdür.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости