https://news.day.az/azerinews/1853907.html Mopedlə avtoxuliqanlıq etdi, həbs olundu - FOTO Polis əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan şəxs saxlanılıb.

Mopedlə avtoxuliqanlıq etdi, həbs olundu - FOTO

Azərbaycanca, 14 августа 2026 13:41 (UTC +04:00) 130
Mopedlə avtoxuliqanlıq etdi, həbs olundu

Polis əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan şəxs saxlanılıb.

Bakı şəhər DYP İdarəsindən Day.Az-a bildirilib ki, Xətai rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək özü və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan mopedin sürücüsü - 23 yaşlı Famil Ağayev müəyyən olunaraq saxlanılıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək, baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə sürücü F.Ağayevin nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

  • Mopedlə avtoxuliqanlıq etdi, həbs olundu
  • Mopedlə avtoxuliqanlıq etdi, həbs olundu
  • Mopedlə avtoxuliqanlıq etdi, həbs olundu
  • Mopedlə avtoxuliqanlıq etdi, həbs olundu
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости