https://news.day.az/azerinews/1853908.html Gömrük statistikası üzrə məlumat alan dövlət qurumlarının siyahısı genişləndirilir Gömrük statistikası üzrə məlumat alan dövlət qurumlarının siyahısı genişləndirilir.

Gömrük statistikası üzrə məlumat alan dövlət qurumlarının siyahısı genişləndirilir

Azərbaycanca, 14 августа 2026 13:03 (UTC +04:00) 213
Gömrük statistikası üzrə məlumat alan dövlət qurumlarının siyahısı genişləndirilir

Gömrük statistikası üzrə məlumat alan dövlət qurumlarının siyahısı genişləndirilir.

Bu barədə Prezident İlham Əliyev "Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında" 1997-ci il 24 iyun tarixli 609 nömrəli və "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.

Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikası üzrə məlumat təqdim etdiyi dövlət qurumlarının siyahısına Kənd Təsərrüfatı Nazirliyi əlavə olunub.

Qeyd edək ki, hazırda Dövlət Gömrük Komitəsi bütün ixrac-idxal əməliyyatları üzrə hər ay hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Prezidentinə, Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə, Qida Təhlükəsizliyi Agentliyinə, Dövlət Statistika Komitəsinə və Mərkəzi Banka müəyyən edilmiş formada xarici ticarətin gömrük statistikasının məlumatlarını verir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости