https://news.day.az/azerinews/1853948.html Qazaxıstan XİN rəhbərinin müavini Azərbaycan səfirinin etimadnaməsini qəbul edib Qazaxıstan Xarici İşlər Nazirinin müavini Yermuxambet Konuspayev Azərbaycanın yeni təyin olunmuş səfiri Əlimirzamin Əsgərovun etimadnaməsinin surətini qəbul edib. Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qazaxıstan XİN rəhbərinin müavini Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Azərbaycanca, 14 августа 2026 15:53 (UTC +04:00) 135
Qazaxıstan XİN rəhbərinin müavini Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Qazaxıstan Xarici İşlər Nazirinin müavini Yermuxambet Konuspayev Azərbaycanın yeni təyin olunmuş səfiri Əlimirzamin Əsgərovun etimadnaməsinin surətini qəbul edib.

Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Görüş zamanı tərəflər siyasi, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi perspektivlərini, həmçinin qarşıdakı ikitərəfli tədbirlərin qrafikini müzakirə ediblər", - deyə nazirliyin məlumatında bildirilib.

Bundan əlavə, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının aktual məsələləri barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda səfir strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri ruhunda dövlətlərarası əlaqələrin ardıcıl inkişafı üçün bütün səylərini göstərəcəyini bildirib.

Daha əvvəl Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Asət Nusupov Trend-ə verdiyi özəl müsahibədə Qazaxıstan-Azərbaycan münasibətlərinin tarixində ən dinamik dövrlərdən birini yaşadığını bildirib.

"2024-cü ilin yekunlarına görə, ikitərəfli ticarət dövriyyəsi 536 milyon ABŞ dolları təşkil edib. 2026-cı ilin yanvar-may aylarında isə qarşılıqlı ticarətin həcmi artıq 150 milyon ABŞ dollarını ötüb. Bu temp qorunub saxlanılarsa, 1 milyard ABŞ dolları həddinə inamla yaxınlaşmağımıza vəsilə olacaq", - deyə o bildirib.

Onun sözlərinə görə, bu məqsədə nail olmaq üçün ticarət-iqtisadi əməkdaşlığın inkişafına dair Yol Xəritəsi də daxil olmaqla konkret alətlər paketi formalaşdırılıb.

Nazir müavininin sözlərinə görə, sənəd ixracın məhdud məhsul çeşidindən asılılığın azaldılması, Qazaxıstanın qeyri-xammal məhsullarının Azərbaycan bazarına çıxarılması yolu ilə məhsul çeşidinin şaxələndirilməsini nəzərdə tutur. Digər mühüm istiqamət isə, o cümlədən "QazTrade" Səhmdar Cəmiyyətinin iştirakı ilə biznes missiyaları və sahəvi sərgilərin təşkili vasitəsilə birbaşa B2B əlaqələrinin inkişaf etdirilməsidir.

Bundan əlavə, Yol Xəritəsində beynəlxalq avtomobil daşımaları üçün rəqəmsal icazə sisteminin tətbiqi də nəzərdə tutulur ki, bununla bağlı iki ölkə artıq bəyanat verib. Həmçinin gömrük rəsmiləşdirilməsi üzrə rəqəmsal sistemlərin sinxronlaşdırılması planlaşdırılır. Bu isə inzibati maneələrin azaldılmasına və yüklərin daşınma müddətinin qısaldılmasına imkan verəcək.

"Beləliklə, Azərbaycan logistika, ticarət və energetika sahələrində bizim üçün strateji tərəfdaşdır. İnanırıq ki, ikitərəfli münasibətlərin potensialı hazırkı göstəricilərdən xeyli yüksəkdir və bu potensialın reallaşdırılması üçün lazım olan bütün alətlərə malikik", - deyə A.Nusupov bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости