https://news.day.az/azerinews/1853989.html Üçüncü ixtisas qrupunda 15 min 553 plan yeri ayrılıb 2026/2027-ci tədris ili üçün respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.

Üçüncü ixtisas qrupunda 15 min 553 plan yeri ayrılıb

Azərbaycanca, 14 августа 2026 17:44 (UTC +04:00) 235
Üçüncü ixtisas qrupunda 15 min 553 plan yeri ayrılıb

2026/2027-ci tədris ili üçün respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.

Dövlət İmtahan Mərkəzindən Day.Az-a bildirilib ki, 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin III ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 848, rus bölməsi üzrə 1355, hər iki bölmənin birgə müsabiqəsi üzrə 2350 yer olmaqla, ümumilikdə 15 min 553 yer nəzərdə tutulur. Həmin yerlərdən 4140-ı dövlət sifarişi əsasındadır.

III ixtisas qrupundakı plan yerlərinin altqruplar üzrə paylanmasına gəldikdə isə DT altqrupu üzrə ümumilikdə 13 min 373 (o cümlədən Azərbaycan bölməsində 10 min 423, rus bölməsində 1135, hər iki bölmənin birgə müsabiqəsi üzrə 1815) yer ayrılıb. DT altqrupu üzrə dövlət sifarişi əsasında 3920 plan yeri var.

TC altqrupu üzrə isə ümumilikdə 2180 (o cümlədən Azərbaycan bölməsində 1425, rus bölməsində 220, hər iki bölmənin birgə müsabiqəsi üzrə 535) yer ayrılıb. TC altqrupu üzrə dövlət sifarişi əsasında 220 plan yeri mövcuddur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости