https://news.day.az/azerinews/1853976.html Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Mətbuat xidmətinin məlumatında qeyd olunub. Bildirilir ki, 6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda 13 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib

Azərbaycanca, 14 августа 2026 17:09 (UTC +04:00) 131
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Mətbuat xidmətinin məlumatında qeyd olunub.

Bildirilir ki, 6 vaqondan ibarət, çəkisi 420 ton olan buğda 13 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

 

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 40 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 min ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости