https://news.day.az/azerinews/1854561.html Avtomobil su arxına düşdü - SÜRÜCÜ ÖLDÜ - FOTO Tovuzda VAZ-2107 markalı avtomobilin su arxına düşməsi nəticəsində sürücü ölüb. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Xatınlı kəndi yaxınlığında baş verib. Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb.

Avtomobil su arxına düşdü - SÜRÜCÜ ÖLDÜ - FOTO

Azərbaycanca, 18 августа 2026 09:30 (UTC +04:00) 155
Avtomobil su arxına düşdü

Tovuzda VAZ-2107 markalı avtomobilin su arxına düşməsi nəticəsində sürücü ölüb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Xatınlı kəndi yaxınlığında baş verib.

Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün cansız bədəni xüsusi avadanlığın köməyi ilə çıxarılıb və müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Ölən şəxsin Səid Həziyev olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları da cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

  • Avtomobil su arxına düşdü
  • Avtomobil su arxına düşdü
  • Avtomobil su arxına düşdü
  • Avtomobil su arxına düşdü
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости