https://news.day.az/azerinews/1854684.html Azərbaycan-Gürcüstan sərhədində yük nəqliyyat vasitələrinin keçidi sürətləndiriləcək Azərbaycan-Gürcüstan dövlət sərhədində yük nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması və sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Azərbaycan-Gürcüstan sərhədində yük nəqliyyat vasitələrinin keçidi sürətləndiriləcək

Azərbaycanca, 18 августа 2026 17:05 (UTC +04:00) 121
Azərbaycan-Gürcüstan sərhədində yük nəqliyyat vasitələrinin keçidi sürətləndiriləcək

Azərbaycan-Gürcüstan dövlət sərhədində yük nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması və sərhədkeçmə proseslərinin sürətləndirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, dövlət sərhədində yük nəqliyyat vasitələrinin sıxlığının yaranması ilə əlaqədar Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin rəhbərliyi arasında müzakirələr aparılıb.

Müzakirələr zamanı mövcud vəziyyət, sıxlığın aradan qaldırılması və yük nəqliyyat vasitələrinin sərhəddən keçidinin daha da sürətləndirilməsi məsələləri nəzərdən keçirilib.

Tərəflər sərhədkeçmə proseslərinin sürətləndirilməsi məqsədilə müvafiq zəruri tədbirlərin həyata keçirilməsini planlaşdırıblar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости