https://news.day.az/azerinews/1854695.html
Psixoterapevt xorultunun münasibətlərə təsirindən danışıb
Psixoterapevt İrina Kraşkinanın sözlərinə görə, xorultu cütlüklərdə xroniki stressə və münasibətlərdə problemlərə səbəb ola bilər. Day.Az xəbər verir ki, əsas problem səsin özü deyil, partnyorun davamlı olaraq yuxusuz qalmasıdır.
Psixoterapevt xorultunun münasibətlərə təsirindən danışıb
Psixoterapevt İrina Kraşkinanın sözlərinə görə, xorultu cütlüklərdə xroniki stressə və münasibətlərdə problemlərə səbəb ola bilər.
Day.Az xəbər verir ki, əsas problem səsin özü deyil, partnyorun davamlı olaraq yuxusuz qalmasıdır.
Mütəxəssis bildirib ki, tez-tez oyanmaq insanın əsəbiliyini artırır, əhvalına və dözümünə mənfi təsir göstərir. Bu isə gündəlik məişət mübahisələrinin daha ciddi qəbul edilməsinə gətirib çıxara bilər.
Kraşkinanın fikrincə, belə hallarda tərəflərin problemi birlikdə müzakirə etməsi və həll yolu axtarması vacibdir.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре