https://news.day.az/azerinews/1854697.html Demans riskini azaltmaq üçün yatmazdan əvvəl bu vərdişlərə diqqət edin Həkimlər bildirirlər ki, keyfiyyətli yuxu beyin sağlamlığının qorunmasında mühüm rol oynayır. Bunun üçün hər gün eyni saatlarda yatıb-durmaq, yatmazdan əvvəl telefon və parlaq işıqdan uzaqlaşmaq, sakit və rahat mühit yaratmaq tövsiyə olunur.

Demans riskini azaltmaq üçün yatmazdan əvvəl bu vərdişlərə diqqət edin

Azərbaycanca, 19 августа 2026 02:46 (UTC +04:00) 168
Demans riskini azaltmaq üçün yatmazdan əvvəl bu vərdişlərə diqqət edin

Həkimlər bildirirlər ki, keyfiyyətli yuxu beyin sağlamlığının qorunmasında mühüm rol oynayır. Bunun üçün hər gün eyni saatlarda yatıb-durmaq, yatmazdan əvvəl telefon və parlaq işıqdan uzaqlaşmaq, sakit və rahat mühit yaratmaq tövsiyə olunur.

Day.Az xəbər verir ki, mütəxəssislər axşam saatlarında alkoqol və kofein qəbulundan çəkinməyi, xüsusilə kofeinli içkiləri yatmazdan təxminən altı saat əvvəl dayandırmağı məsləhət görürlər.

Həmçinin gec saatlarda ağır, yağlı və çox şirin qidalar qəbul etmək yuxunun keyfiyyətini pisləşdirə bilər.

Beyin sağlamlığını dəstəkləmək üçün yatmazdan əvvəl kitab oxumaq, yüngül dartınma hərəkətləri etmək və sakit nəfəs məşqləri aparmaq faydalı ola bilər. Bununla yanaşı, gün ərzində fiziki aktivlik, balanslı qidalanma və sosial ünsiyyət də demensiya riskinin azaldılmasına kömək edən mühüm amillərdir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости