Gün boyu enerjili qalmaq üçün ən yaxşı səhər yeməyi açıqlanıb
Dietoloq Lindsi DeSoto gün ərzində uzunmüddətli enerji üçün yunan yoqurtu, giləmeyvə, qoz və çia toxumundan ibarət səhər yeməyini tövsiyə edir. Onun sözlərinə görə, bu kombinasiya zülal, liflə zəngin karbohidratlar və faydalı yağları bir arada təmin edir.
Day.Az xəbər verir ki, mütəxəssis səhər yeməyində 15-30 qram zülal və ən azı 5 qram lif qəbul etməyi məsləhət görür.
Bunun üçün yunan yoqurtu ilə yanaşı yumurta, kəsmik, tofu, yulaf, tam taxıllı məhsullar, meyvə, çia və kətan toxumundan istifadə etmək olar.
Dietoloqun fikrincə, qoz-fındıq, toxum, avokado və zeytun kimi faydalı yağ mənbələri də toxluq hissini uzadır və orqanizmi enerji ilə təmin edir. Şəkəri az olan adi yunan yoqurtuna təzə meyvə və darçın əlavə etmək isə daha sağlam seçim hesab olunur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре