https://news.day.az/azerinews/1854768.html Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir. Üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 55, 67, 72 və 97 kiloqramda medalçılar müəyyənləşib. Emin Cavadlı (55 kiloqram) bürünc medal uğrunda yaponiyalı Hiro Sakamotoyla qarşılaşıb.

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Azərbaycanca, 19 августа 2026 01:13 (UTC +04:00) 161
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.

Üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 55, 67, 72 və 97 kiloqramda medalçılar müəyyənləşib.

Emin Cavadlı (55 kiloqram) bürünc medal uğrunda yaponiyalı Hiro Sakamotoyla qarşılaşıb. Rəqibinə heç bir şans tanımayan həmyerlimiz tam üstünlüklə (11:1) qalib gələrək, dünya üçüncüsü olub.

Bununla da, millinin dünya çempionatında qazandığı medalların sayı 3-ə çatıb.

Xatırladaq ki, ötən gün Cavidan Nehmətov (77 kiloqram) gümüş, Tural Əhmədov (63 kiloqram) isə bürünc medal əldə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости