Tərtərdə piyadaların ölümü ilə nəticələnən qəza baş verib - YENİLƏNİB
23:11
Tərtər rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, hadisə rayonun Hüsənli kəndi ərazisində qeydə alınıb.
Belə ki, bu gün saat 18 radələrində Bərdə rayon sakini Zülfüqar Bayramov Hidayət oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu nəzərdə tutulmayan yerdən keçən Cəmilə Zeynalova və Mahirə Qədimovanı vurub. Nəticədə hər iki piyada hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Bir daha piyadaları yol hərəkəti qaydalarına, xüsusilə də yolu yalnız müəyyən edilmiş və təhlükəsiz keçidlərdən keçmək tələbinə ciddi riayət etməyə çağırırıq. Sürücülər isə yaşayış məntəqələrində və piyada hərəkətinin intensiv olduğu ərazilərdə sürət həddinə əməl etməli, diqqətli və ehtiyatlı olmalıdırlar.
20:44
Tərtərdə iki piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayonunun Hüsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, əslən Ağdam rayonunun Güllücə kəndindən olan, hazırda Ağdam rayonunun Təzəkənd qəsəbəsində məskunlaşan Cəmilə Zeynalova və Mahirə Qədimova yolu keçərkən hərəkətdə olan "VAZ-2107" markalı avtomobil tərəfindən vurulublar.
Nəticədə piyadalardan biri hadisə yerində həyatını itirib. Digər yaralı isə xəstəxanaya aparılarkən yolda vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре