https://news.day.az/azerinews/1854982.html Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən Day.Az-a verilən məlumata görə, 39 vaqondan ibarət, çəkisi 2725 ton olan buğda 20 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Azərbaycanca, 20 августа 2026 09:52 (UTC +04:00) 100
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən Day.Az-a verilən məlumata görə, 39 vaqondan ibarət, çəkisi 2725 ton olan buğda 20 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 44 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости