https://news.day.az/azerinews/1854984.html Ay qırmızıya boyanacaq: Tarix və saat AÇIQLANDI Avqustun 28-də baş verəcək Ay tutulması zamanı peykin böyük hissəsi Yer kürəsinin kölgəsində qalacaq. Tutulma maksimum həddə çatdıqda Ayın 90 faizdən çoxunun kölgəyə düşəcəyi və onun səthinin qırmızımtıl rəngə boyanacağı gözlənilir. Day.Az xəbər verir ki, ayın bu rəngə çevrilməsi Yer atmosferi ilə bağlıdır.

Ay qırmızıya boyanacaq: Tarix və saat AÇIQLANDI

Azərbaycanca, 20 августа 2026 10:02 (UTC +04:00) 99
Ay qırmızıya boyanacaq: Tarix və saat

Avqustun 28-də baş verəcək Ay tutulması zamanı peykin böyük hissəsi Yer kürəsinin kölgəsində qalacaq. Tutulma maksimum həddə çatdıqda Ayın 90 faizdən çoxunun kölgəyə düşəcəyi və onun səthinin qırmızımtıl rəngə boyanacağı gözlənilir.

Day.Az xəbər verir ki, ayın bu rəngə çevrilməsi Yer atmosferi ilə bağlıdır. Günəşdən gələn işıq atmosferdən keçərək Ayın səthinə düşür və nəticədə peyk qırmızı, mis və ya tünd-qəhvəyi çalarlarda görünə bilir. Rəngin tonu isə atmosferdəki vəziyyətdən asılı olaraq dəyişir.

Tutulma 28 avqustda Bakı vaxtı ilə saat 05:24-də başlayacaq və 11:02-də sona çatacaq.

Hadisəni Avropanın böyük hissəsində, Asiyanın qərbində, Afrikada, Şimali və Cənubi Amerikada, həmçinin Sakit, Atlantik və Hind okeanlarının bəzi ərazilərində müşahidə etmək mümkün olacaq. Antarktidada da tutulmanı izləmək mümkün olacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости