https://news.day.az/azerinews/1855000.html Gəncədə zibil poliqonunda körpə meyiti tapıldı - YENİLƏNİB Gəncə şəhərinin Cavad Xan qəsəbəsində yerləşən zibil poliqonunda körpə meyiti tapılıb. Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, tapılan meyitin erkən doğulan körpəyə aid olması ehtimal edilir. Onun kim və ya kimlər tərəfindən atılması istiqamətində polis tərəfindən araşdırma aparılır.

Gəncədə zibil poliqonunda körpə meyiti tapıldı - YENİLƏNİB

Azərbaycanca, 20 августа 2026 11:51 (UTC +04:00) 112
Gəncədə zibil poliqonunda körpə meyiti tapıldı

Gəncədə çürümüş dölün tapılması ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Day.Az-a bildirilib ki, Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü dölün aşkar edilməsi faktı üzrə Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və aşkar edilmiş ölü dölə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin olunub, habelə hadisənin hallarının müəyyənləşdirilməsi məqsədilə digər zəruri prosessual hərəkətlər icra edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.

XXX
11:11

Gəncə şəhərinin Cavad Xan qəsəbəsində yerləşən zibil poliqonunda körpə meyiti tapılıb.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, tapılan meyitin erkən doğulan körpəyə aid olması ehtimal edilir.

Onun kim və ya kimlər tərəfindən atılması istiqamətində polis tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, sözügedən poliqon Gəncənin məişət tullantılarının atıldığı ən böyük ərazidir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости