https://news.day.az/azerinews/1855434.html M6 ekspres marşrutunun hərəkət sxemi dəyişdirilir – Yeni dayanacaq müəyyənləşib - FOTO Vətəndaş müraciətləri nəzərə alınaraq və aparılan təhlillərə əsasən, metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında fəaliyyət göstərən M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

M6 ekspres marşrutunun hərəkət sxemi dəyişdirilir – Yeni dayanacaq müəyyənləşib - FOTO

Azərbaycanca, 22 августа 2026 12:56 (UTC +04:00) 217
M6 ekspres marşrutunun hərəkət sxemi dəyişdirilir

Vətəndaş müraciətləri nəzərə alınaraq və aparılan təhlillərə əsasən, metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında fəaliyyət göstərən M6 nömrəli ekspres marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Belə ki, metronun "Koroğlu" stansiyasından "Elmlər Akademiyası" və "Nizami" stansiyaları istiqamətində sərnişin tələbatının qarşılanması məqsədilə avqustun 24-dən M6 nömrəli ekspres avtobuslar "Nizami"metrostansiyasından keçəcək və aralıq dayanacaq olaraq burada saxlayacaq.

Ekspres marşrut xətti uzadılaraq son dayanacaq məntəqəsi "Koroğlu" metrostansiyası təyin ediləcək. Bununla da M6 nömrəli ekspres marşrutu "Koroğlu", "Gənclik", "Nizami" və "Elmlər Akademiyası" stansiyalarını əlaqələndirəcək.

  • M6 ekspres marşrutunun hərəkət sxemi dəyişdirilir
  • M6 ekspres marşrutunun hərəkət sxemi dəyişdirilir
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости