Alimlər zamanı 10 dəfə daha dəqiq ölçməyin yolunu tapdılar
Vyana Texnologiya İnstitutunun alimləri nüvə saatlarının hazırlanmasında istifadə oluna biləcək xüsusi kristal hazırlayıblar.
Day.Az xəbər verir ki, tədqiqatçılar bu texnologiyanın mövcud atom saatlarından 10 dəfə daha dəqiq vaxtölçmə imkanı verə biləcəyini bildirirlər.
Alimlərin sözlərinə görə, atom saatları yüksək dəqiqliyə malik olsa da, elektrik və maqnit sahələrinə həssasdır. Yeni texnologiya isə nüvədəki neytronun enerji keçidlərindən istifadə etməklə bu məhdudiyyətləri azaltmağa imkan verə bilər.
Tədqiqatçılar bildirirlər ki, 15 illik araşdırmanın nəticəsi olan yeni kristal gələcəkdə daha dəqiq və kompakt vaxtölçmə sistemlərinin yaradılmasına mühüm töhfə verə bilər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре