https://news.day.az/azerinews/1856879.html Prezident İlham Əliyev Trinidad və Tobaqo Prezidentini təbrik edib Prezident İlham Əliyev Trinidad və Tobaqo Respublikasının Prezidenti Kristin Karla təbrik məktubu ünvanlayıb. Day.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir. Məktubda qeyd olunub: "Hörmətli xanım Prezident...

Prezident İlham Əliyev Trinidad və Tobaqo Prezidentini təbrik edib

Azərbaycanca, 31 августа 2026 11:14 (UTC +04:00) 116
Prezident İlham Əliyev Trinidad və Tobaqo Prezidentini təbrik edib

Prezident İlham Əliyev Trinidad və Tobaqo Respublikasının Prezidenti Kristin Karla təbrik məktubu ünvanlayıb.

Day.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.

Məktubda qeyd olunub:

"Hörmətli xanım Prezident,

Trinidad və Tobaqo Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Trinidad və Tobaqo arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости