Azərbaycan neft qiymətlərinin həftəlik icmalı
Ötən həftə "Azeri Light" (CIF), "Azeri Light" (FOB Ceyhan), "Dated Brent" və "Urals" markalı neftin orta qiymətləri azalıb.
Trend-in neft bazarının iştirakçılarının məlumatları əsasında apardığı hesablamalara əsasən, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light" (CIF) markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,28 ABŞ dolları və ya 2,4 faiz azalaraq 92,75 dollar təşkil edib.
Məlumata görə, bu xam neft markasının həftə ərzində maksimal qiyməti bir barel üçün 95,13 dollar, minimal qiyməti isə 91,51 dollar olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin orta qiyməti bir barel üçün 89,39 dollar təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,13 dollar və ya 2,3 faiz aşağıdır. Həftə ərzində ən yüksək qiymət bir barel üçün 91,62 ABŞ dollarına, ən aşağı qiymət isə 88,11 dollara çatıb.
"Urals" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,78 dollar və ya 2,6 faiz azalaraq bir barel üçün 65,70 dollar təşkil edib. Həftə ərzində maksimal qiymət 68,41 dollar, minimal qiymət isə 64,32 dollar olub.
"Dated Brent" markalı neftin orta qiyməti bir barel üçün 89,80 dollar təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 3,15 dollar və ya 3,4 faiz azdır. Həftə ərzində bir barelin maksimal qiyməti 92,60 dollar, minimal qiyməti isə 88,53 dollar təşkil edib.
| Neft/Tarix |
24.08.2026 |
25.08.2026 |
26.08.2026 |
27.08.2026 |
28.08.2026 |
Orta qiymət |
|
Azeri LT CIF |
$95.13 |
$91.93 |
$91.51 |
$92.31 |
$92.89 |
$92.75 |
|
Azeri Light FOB Ceyhan |
$91.62 |
$88.50 |
$88.11 |
$89.00 |
$89.72 |
$89.39 |
|
Urals (EX NOVO) |
$68.41 |
$64.89 |
$64.32 |
$64.97 |
$65.93 |
$65.70 |
|
Dated Brent |
$92.60 |
$89.00 |
$88.53 |
$89.22 |
$89.64 |
$89.80 |
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре