https://news.day.az/azerinews/1857957.html
Qonşu ölkədə güclü zəlzələ olub
Rusiyanın Cənubi Kuril adaları yaxınlığında, Sakit okeanda 5,4 bal gücündə zəlzələ baş verib. Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin şöbəsindən məlumat verilib. Məlumata əsasən, zəlzələnin episentri İturup adasındakı Reydovo kəndindən 144 km şərqdə olub.
Qonşu ölkədə güclü zəlzələ olub
Rusiyanın Cənubi Kuril adaları yaxınlığında, Sakit okeanda 5,4 bal gücündə zəlzələ baş verib.
Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin şöbəsindən məlumat verilib.
Məlumata əsasən, zəlzələnin episentri İturup adasındakı Reydovo kəndindən 144 km şərqdə olub. Təkanların ocağı dəniz dibinin 44 km dərinliyində yerləşib.
Bildirilib ki, 3 bal gücündə olan seysmik hadisə İturupdakı yaşayış məntəqələrində hiss olunub. Sunami xəbərdarlığı edilməyib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре