https://news.day.az/azerinews/1858071.html Şuşada qaya və daşların üzərinə adların yazılması qəbuledilməzdir - şəhid anası Şuşada qaya və daşların üzərinə adların yazılması qəbuledilməzdir. Day.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında şəhid Elmar Nəsibovun anası Sürəyya Nəsibova deyib. O bildirib ki, Şuşanın hər bir qarışında, həmin daşlarda, qayalarda şəhidlərimizin qanı var. "O qayalara, daşlara ad yazmaqla nə dəyişəcək?

Şuşada qaya və daşların üzərinə adların yazılması qəbuledilməzdir - şəhid anası

Azərbaycanca, 5 сентября 2026 21:13 (UTC +04:00) 223
Şuşada qaya və daşların üzərinə adların yazılması qəbuledilməzdir

Şuşada qaya və daşların üzərinə adların yazılması qəbuledilməzdir.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında şəhid Elmar Nəsibovun anası Sürəyya Nəsibova deyib.

O bildirib ki, Şuşanın hər bir qarışında, həmin daşlarda, qayalarda şəhidlərimizin qanı var.

"O qayalara, daşlara ad yazmaqla nə dəyişəcək? Mən əlbəttə, bunun yalnış olduğunu düşünürəm. O torpaqlar şəhidlərimizin qanı, canı bahasına azad edilib. Belə hallar qəbuledilməzdir", - deyə o əlavə edib.

Qeyd edək ki, ötən günlərdə sosial şəbəkə platformalarında Şuşa şəhərinə gələn turistlərin qayaların üzərinə müxtəlif yazılar yazaraq həm təbiətə, həm də tarixi əks etdirən qayalara ziyan vurması ilə bağlı görüntülər paylaşılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости