https://news.day.az/azerinews/1857985.html ABŞ hərbçiləri yalan detektorundan keçirildi ABŞ Silahlı Qüvvələrinin təxminən 50 hərbi və mülki əməkdaşı məxfi məlumatların mediaya sızdırılması ilə bağlı aparılan araşdırma çərçivəsində poliqraf yoxlamasından (yalan detektorundan) keçirilib. Day.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

ABŞ hərbçiləri yalan detektorundan keçirildi

Azərbaycanca, 5 сентября 2026 11:32 (UTC +04:00) 194
ABŞ hərbçiləri yalan detektorundan keçirildi

ABŞ Silahlı Qüvvələrinin təxminən 50 hərbi və mülki əməkdaşı məxfi məlumatların mediaya sızdırılması ilə bağlı aparılan araşdırma çərçivəsində poliqraf yoxlamasından (yalan detektorundan) keçirilib.

Day.Az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Kütləvi yoxlamalar avqust ayında ABŞ-nin uzaqmənzilli raket və "Patriot" hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan raketlərin ehtiyatlarının azalması barədə məlumatların dərc edilməsindən sonra keçirilib.

Qəzet yazıb ki, ABŞ hökumətinin müstəntiqləri fövqəladə bir addım atıblar.

Pentaqon daxili kadr məsələləri və araşdırmalarla bağlı şərh vermədiyini bildirib. Bununla yanaşı, qurumun nümayəndəsi Şon Parnell vurğulayıb ki, hakimiyyət orqanları milli təhlükəsizliklə bağlı məxfi məlumatların sızdırılması hallarına ciddi yanaşır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости