https://news.day.az/azerinews/1862928.html
Siyəzəndə yük avtomobili qəza törədərək aşıb - FOTO
Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC xəbər verir ki, hadisə "Mercedes" markalı yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib. Yük avtomobili əvvəlcə "Opel" markalı minik maşını ilə toqquşub, daha sonra yolun kənarına aşıb. Hadisə zamanı yük avtomobilinin sürücüsü xəsarət alıb.
Siyəzəndə yük avtomobili qəza törədərək aşıb - FOTO
Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə "Mercedes" markalı yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib. Yük avtomobili əvvəlcə "Opel" markalı minik maşını ilə toqquşub, daha sonra yolun kənarına aşıb.
Hadisə zamanı yük avtomobilinin sürücüsü xəsarət alıb.
Qumla dolu olan yük avtomobilinin aşması nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре