Bu da qaynar «Toyota»

Day.Az представляет новость на азербайджанском языке

Daha çox güc, aerodinamika və sürətə sahib olan sportkardan cəmi 100 ədəd buraxılacaq.

Yaponiyanın Gazoo Racing yarış komandası əsl döyüşkən "Toyota GT86" - GRMN 86 hazırlayıb. Daha çox güc, aerodinamika və sürətə sahib olan sportkardan cəmi 100 ədəd buraxılacaq. Trek yarşları üslubunda hazırlanan ikiqapılı avtomobil karbon plastikdən hazırlanan yeni aerodinamik yük, kapot, baqaj, dam örtüyü və spoylerə sahib olub. Mühəndislər GRMN 86 versiyasının sadə GT modelindən 20 kq daha yüngül olduğunu bildiriblər - 1230 kq. Həmçinin, şassinin təkminləşməsi barədə də məlumat verilib, bu da sərtliyin və asmanın idman üslubunun artmasına səbəb olub. Bundan əlavə altı və dörd porşen mexanizmli gücləndirilən əyləcləri, kapot altında isə təkminləşən iki litrli 219 atlı oppozit mühərriki qeyd etmək lazımdır. Güc aqreqatı altı pilləli mexaniki sürətlər qutusu ilə birgə işləyir.

Az sayda buraxılacaq sportkarın qiyməti isə $55 000 təşkil edəcək.

4charx.com

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.