https://news.day.az/azerinews/732989.html Hələ belə biabırçılıq olmamışdı - analığı ilə evləndi

Hələ belə biabırçılıq olmamışdı - analığı ilə evləndi

Azərbaycanca, 28 декабря 2015 14:55 (UTC +04:00) 1 596
Hələ belə biabırçılıq olmamışdı

Day.Az представляет новость на азербайджанском языке

45 yaşlı kişi analığı ilə evləndi.

Fransız qanunvericiliyi bu cür əlaqələri qadağan etsə də, onlar buna nail olublar

Fransa hakimiyyəti ilə uzun sürən mübarizədən sonra 48 yaşlı Elizabet Lorens öz oğulluğu 45 yaşlı Erik Holderlə ailə qurub.

Toy oktyabrın 5-i Fransanın Dabo kəndindəki kilsədə olub. Lorensin sözlərinə görə, o, keçmiş əri - Holderin atası ilə 1989-cu ildə tanış olub. 1997-ci ildə isə onların qızı dünyaya gəlib.

2003-cü ildə cütlük ailə qursa da, daha sonra ayrılıblar. Bu ayrılıq cütlüyün qızına pis təsir edib. Qadının sözlərinə görə, məhz o zamanlar Erik ona və ögey bacısına böyük dəstək olub. Bu zamanlar Eriklə analığı arasında olan isti münasibətlər sevgi romanına çevrilib.

Onlar ailə qurmaq istəyəndə isə Fransa qanunvericiliyinin maneəsinə rast gəliblər. Belə ki, ölkə qanunvericiliyi bu cür əlaqələri qadağan edir. Bununla belə, cütlük yerli məhkəmədən öz xeyirlərinə qərar qəbul edilməsinə nail olublar.

Sonda Lorens əlavə edib ki, ailənin bütün üzvləri, hətta keçmiş həyat yoldaşı da onların bu əlaqəsini dəstəkləyib.

Azxeber.com

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости