"Mercedes C63" AMG təkmilləşdi - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
Bir neçə yüz avro da üsluba görə ödəmək olar
Almaniyanın "VATH" şirkəti dördqapılı "C-Class"-ın AMG variantı ilə məşğul olub - tünerlər "C63" versiyası üçün iki texniki yenilik hazırlayıblar və yeni spidometr kimi bəzi lazımi əşyaları təkmilləşdiriblər. Bilirsiniz, bu, lazım olacaq. Kiməsə "AMG" sedanın 476-a.g. kifayət etmirsə, onlara daha güclü versiya təklif edilir - top versiya (510-güclü) "C63S" əvəzinə 4000 avro dəyərində olan 600 at güclü 4 litrlik tvin-turbo V8 (320 km/saat sürət). Az olacaq? O zaman "V63 RS" sifariş edin. Qiymət bəlli deyil, lakin nəticə yoxlanılıb - bu, 680 at gücü verən bir cüt yeni turbinlərdir. "VATH"-da sürət barədə də heç nə demirlər. Lakin 1,3 min avroluq spidometrdən danışıblar - 360 km/saat.
Bir neçə yüz avro da üsluba görə ödəmək olar - 40 mm aşağı salınmış asma, 20 düyümlük disklər, qabaqda 255/30, arxada isə 275/30 ölçülü şinlər, pedallarda əlavələr var.
auto.az
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре