Daha bir nəfər donuz qripindən öldü - Gürcüstanda

Day.Az представляет новость на азербайджанском языке

Gürcüstanda daha bir nəfər kişi H1N1 virusundan ölüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzindən bildirilib.  Ölüm hadisəsi keçən gecə Tiflisdə baş verib. Xəstənin müalicəsi gec olduğuna görə, o, xəstəxanada ölüb.

Milli Mərkəzdən verilən məlumata görə, 2015-2016-cı il qrip mövsümündə 186 nəfər  H1N1 ("donuz qripi") virusundan ölüb. 

Mərkəzinin məlumatına görə, hazırda epidemiya təhlükəsi törətməyən 100 000 nəfərdən 350 nəfər müəyyən edilərək qeydiyyata alınıb və hazırda bu xəstəliyə qarşı profilaktik tədbirlər həyata keçirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.