https://news.day.az/azerinews/746821.html Dövlət Neft fondu qızıl ehtiyatlarını artırır

Dövlət Neft fondu qızıl ehtiyatlarını artırır

Azərbaycanca, 8 февраля 2016 10:34 (UTC +04:00) 1 094
Dövlət Neft fondu qızıl ehtiyatlarını artırır

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycan Respublikası Dövlət Neft fondu bu il qızıl ehtiyatlarını artırmağı planlaşdırmır".

Day.Az bildirir ki, bunu Trend-ə SOFAZ-dan deyiblər.

Fonddan deyiblər ki, hazırda SOFAZ-ın qızıl ehtiyatları portfelinə 30175 kiloqram qızıl daxildir ki, bu da ümumi aktivlərin təqribən 3,5 faizini təşkil edir: "SOFAZ-ın vəsaitlərinin idarə edilməsi üzrə qaydalara uyğun olaraq ümumi aktivlərdə qızıl ehtiyatlarının payı fondun investisiya portfelinin 5 faizi həddini ötməməlidir".

Strukturdan qeyd ediblər ki, SOFAZ-ın qızıl alışı fondun strateji məqsədlərinə cavab verir.

Qeyd edək ki, ötən ilin oktyabrın 1-nə olan vəziyyətə görə SOFAZ-ın aktivləri ilin əvvəli (37,1 milyard dollar) ilə müqayisədə 6,38 faiz azalaraq 34,74 milyard dollar təşkil edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости