Deputatlara yeni avtomobillər verildi
Day.Az представляет новость на азербайджанском языке
Milli Məclisin bir neçə deputatına yeni xidməti avtomobillər verilib. Day.Az xəbər verir ki, avtosfer.az-ın əldə etdiyi məlumata görə, Milli Məclisdə yeni yaradılan komitələrə sədr seçilən, habelə mövcud komitələrə yeni sədr seçilən deputatlara "Mercedes - E-class" markalı xidməti avtomobillər verilib.
Deputatlar İsa Həbibbəyli, Aqiyə Naxçıvanlı, Fuad Muradov, Siyavuş Novruzov, Rafael Hüseynov və Əhliman Əmiraslanov artıq bir neçə aydır xidməti maşınla təmin olunublar.
Milli Məclisin mətbuat xidmətindən məlumatı təsdiq ediblər. Bildirilib ki, prosedura görə, parlamentin komitə sədrləri xidməti maşınla təmin olunurlar.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре