https://news.day.az/azerinews/750298.html Azərbaycanda toy öncəsi 4 gənc evlənməkdən imtina etdi - xəstəliyə görə

Azərbaycanda toy öncəsi 4 gənc evlənməkdən imtina etdi - xəstəliyə görə

Azərbaycanca, 17 февраля 2016 14:36 (UTC +04:00) 4 652
Azərbaycanda toy öncəsi 4 gənc evlənməkdən imtina etdi

Day.Az представляет новость на азербайджанском языке

"2015-ci ilin 1 iyun tarixindən bu günə kimi nikaha daxil olmaq istəyən şəxslərdə aparılan tibbi müayinələr nəticəsində 2 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı aşkarlandığı üçün onlar evlənməkdən imtina ediblər".

Day.Az bildirir ki, bu sözləri modern.az saytına açıqlamasında Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

O qeyd edib ki, cütlüklərin hər ikisində talassemiya daşıyıcısı olmasına rağmən evlənənlər də olub ki, belə qadınlardan artıq hamilə olanlar da var.

"Bizə 2 cütlük müraciət edib ki, onlarda artıq hamiləlik zamanıdır. Bu cütlüklərdən birinin qadını  3 aylıq, digərininki isə 4 aylıq hamilədir. Biz onları əvvəlcə müayinə edirik, qan nümunəsi götürülür. Onlarda baş verən genetik dəyişikliyi də analiz edirik ki, burada xromosom səviyyəsində hansı mutasiyalar gedib. İndi onları Perinatal Mərkəzə göndərmişik. Onlara vaxt təyin ediblər ki, dölyanı material götürülsün, yenidən molekulyar genetik müayinə olunsun. Aşkarlansın ki, bətndəki uşaqlar xəstədir, yoxsa sağlamdır və ya daşıyıcıdılar. Onlar fevralın 24 və ya 25-də müyainə olunacaqlar", - deyə İnstitut direktoru əlavə edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости