"İraq hökuməti tam tərkibdə istefa verməyə hazırdır"

Day.Az представляет новость на азербайджанском языке

​İraq hökuməti istefaya gedir

Day.Az report-a istinadən bildirir ki, bu barədə İraq Nazirlər Kabinetinin xüsusi bəyanatında deyilir.

"İraq hökuməti məsuliyyətini dərk edərək, lazımi vaxtda istefa verməyə hazırdır ", - kabinetin bəyanatında vurğulanıb.

Ehtimal edilir ki, bu, ölkədə baş nazir Heydər əl-Abadinin aparmaq istədiyi islahatlar prosesini dəstəkləmək cəhddir.

Ötən gün İraqın baş naziri genişmiqyaslı islahat aparmaq üçün dövlət komissiyasına müraciət edərək, onlardan nazir vəzifələrinə yeni namizədlər təklif etməsini istəyib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.