Bakıda DYP avtomobilini vurdular

Day.Az представляет новость на азербайджанском языке

----------
09:57

Gecə Bakıda polis inspektorunun yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məluimatına görə, hadisə paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.

Reyd zamanı nasazlıq səbəbindən həmin prospektdə təmir üçün dayanan Yol Polisi avtomobilinə arxadan gələn "BMW" markalı minik avtomobili çırpılıb. Qəza zamanı polis avtomobilində olan inspektor Bədirli Bədir xəsarət alıb. "BMW"nin sürücüsünün isə sərxoş olduğu bildirilir.

Faktla bağlı istintaq başladılıb və qəzanın dəqiq səbəbləri araşdırmanın nəticəsində məlum olacaq.

----------
09:40

Paytaxtın Nərimanov rayonunda sərxoş sürücü yol polisi avtomobilini vuraraq qəza törədib.

Day.Az APA-ya istinadən bildirir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Mahmud Mahmudov BMW markalı avtomobili ilə yüksək sürətlə hərəkətdə olarkən yol kənarında dayana yol patrul xidmətinin avtomobilinə çırpılıb. Qəza nəticəsində yol polisi əməkdaşı Bədir Bədirli xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər sınıq xəsarətləri alan yol polis əməkdaşının vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.
 
Qəza törədən sürücü Mahmud Mahmudovun sərxoş olması müəyyən edilib. Söhbət zamanı Mahmud Mahmudov baş verən hadisədən xəbərsiz olduğunu bildirib.
 
Faktla əlaqədar Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Qəzanın səbəbləri təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

-----------
09:57